Kimdir Günahkar

Nailə Mirməmmədli, Zakirə Allahverdiyeva

[Bənd 1]
Saçımda iz saldı gümüşü tellər
Alıb gəncliyimi apardı yellər
Arxamca boylandın, ağla – deyirlər
İllərmi günahkar, sənmi, sevgilim?

[Keçid]
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?

[Bənd 2]
Soyuq yatağımda yox hərarətin
Sənsiz buza dönmüş, üşümüş qəlbim
Sevinc qərib düşür, dönüb kədərim
Sevincmi günahkar, sənmi, sevgilim?

[Keçid]
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?

[Nəqərat]
Dedilər – dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?

Dedilər – dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?

İllərmi günahkar, sənmi, sevgilim?
Kədərmi günahkar, sənmi, sevgilim?
De, mənmi günahkar, sənmi, sevgilim?

Curiosità sulla canzone Kimdir Günahkar di İradə İbrahimova

Quando è stata rilasciata la canzone “Kimdir Günahkar” di İradə İbrahimova?
La canzone Kimdir Günahkar è stata rilasciata nel 2003, nell’album “Get”.
Chi ha composto la canzone “Kimdir Günahkar” di di İradə İbrahimova?
La canzone “Kimdir Günahkar” di di İradə İbrahimova è stata composta da Nailə Mirməmmədli, Zakirə Allahverdiyeva.

Canzoni più popolari di İradə İbrahimova

Altri artisti di