Bu Aralar

Günel Sərdarqızı, Minayə İbrahimova

[Bənd 1]
Dedin ki: “Bitirdik hər şeyi
Bu gündən artıq”
Yoxsan yanımda

Əlini çəkib getdin
Qorxuram, tək qalam mən də
Yalnızlığımda

Yar, uzaq, sabahlar bizə uzaq
O sən, mən əvvəlki biz deyilik
Ah, gözlərim dalar gedər boşluğa
Tükənər ümidim, ümidsizliyim...

[Nəqərat]
Alov-alov yanıram
Ayrılığı danıram
Göz yaşlarım da hədər
Axıb gedər sonsuzluğa

Kilidlənib anılar
Gülümsəyir sonbahar
Dəyərsizmi arzular?
Unutmaq asanmıdır?
Sənsizəm bu aralar...

[Bənd 2]
Dedin ki: “İtirdik hər şeyi
Bu gündən artıq”
Yoxsan yanımda

Əlini çəkib getdin
Qorxuram, tək qalam mən də
Yalnızlığımdan

Yar, uzaq, sabahlar bizə uzaq
O sən, mən əvvəlki biz deyilik
Ah, gözlərim dalar gedər boşluğa
Tükənər ümidim, ümidsizliyim...

[Nəqərat]
Alov-alov yanıram
Ayrılığı danıram
Göz yaşlarım da hədər
Axıb gedər sonsuzluğa

Kilidlənib anılar
Gülümsəyir sonbahar
Dəyərsizmi arzular?
Unutmaq asanmıdır?
Sənsizəm bu aralar...

Alov-alov yanıram
Alov-alov yanıram
Göz yaşlarım da hədər
Axıb gedər sonsuzluğa

Kilidlənib anılar
Gülümsəyir sonbahar
Dəyərsizmi arzular?
Unutmaq asanmıdır?
Sənsizəm bu aralar...

Curiosità sulla canzone Bu Aralar di İradə İbrahimova

Quando è stata rilasciata la canzone “Bu Aralar” di İradə İbrahimova?
La canzone Bu Aralar è stata rilasciata nel 2010, nell’album “Sinqllar 2005-2010”.
Chi ha composto la canzone “Bu Aralar” di di İradə İbrahimova?
La canzone “Bu Aralar” di di İradə İbrahimova è stata composta da Günel Sərdarqızı, Minayə İbrahimova.

Canzoni più popolari di İradə İbrahimova

Altri artisti di