Bizdən danışaq

Fidan Cəbiyeva, Aygün Səmədzadə

Gəl, sevgilim, bizdən danışaq
Səni mənə sevdirən ürəkdən danışaq
Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Danışaq, danışaq, bizdən danışaq
Danışaq, danışaq, bizdən danışaq

Gəl, sevgilim, bizdən danışaq
Səni mənə sevdirən ürəkdən danışaq
Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Bərabər gülüb, yalnız ağladığımız günləri
Haqsız səbəblərdən gələn üzüntüləri
Unudaq, unudaq, sevgidən danışaq
Gəl, sevgilim, bizdən danışaq

Həyatın gül üzünü dəyişənlərdən
Yalanı doğru yeridənlərdən
Xəyanətlə əlbir gedəndən
Haqqı nahaqa verəndən
Dünyanı satıb-alanlardan
Biz insanlardan
Biz insanlardan
Biz insanlardan

Bərabər gülüb, yalnız ağladığımız günləri
Haqsız səbəblərdən gələn üzüntüləri
Unudaq, unudaq, sevgidən danışaq
Gəl, sevgilim, bizdən danışaq

Dost deyib, düşmən çıxan da
Miras üstə dalaşan da
Buz ürəkli adamlar da bizlərdəndir
Ədalətsiz qərarları, şərlə dolu hesabları
Nifrəti, kədəri günümüzə gətirən də, bizlərdəndir

Gəl, sevgilim, bizdən danışaq
Səni mənə sevdirən ürəkdən danışaq
Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Danışaq, danışaq, bizdən danışaq
Danışaq, danışaq, bizdən danışaq

Bərabər gülüb, yalnız ağladığımız günləri
Haqsız səbəblərdən gələn üzüntüləri
Unudaq, unudaq, sevgidən danışaq
Gəl, sevgilim, bizdən danışaq

Curiosità sulla canzone Bizdən danışaq di Aygün Kazımova

Quando è stata rilasciata la canzone “Bizdən danışaq” di Aygün Kazımova?
La canzone Bizdən danışaq è stata rilasciata nel 2020, nell’album “By SS Production”.
Chi ha composto la canzone “Bizdən danışaq” di di Aygün Kazımova?
La canzone “Bizdən danışaq” di di Aygün Kazımova è stata composta da Fidan Cəbiyeva, Aygün Səmədzadə.

Canzoni più popolari di Aygün Kazımova

Altri artisti di Pop